Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırıldı

22.05.2025 16:51 687
Azərbaycanda tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırıldı
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmanla "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11.5-ci yarımbəndinin 1-5-ci abzasları aşağıdakı redaksiyada verilir:

"3.11.5.1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

3.11.5.2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını:

3.11.5.2.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

3.11.5.2.2. barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinə başlanılmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

3.11.5.2.3. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini".

Eyni zamanda, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları" yenilənib. Belə ki, bundan sonra tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Fərmanla, həmçinin, "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın 4.2.8-ci yarımbəndi aşağıdakı redaksiyada verilib:

"4.2.8. tikintiyə icazə verən orqanın (qurumun) tikinti obyektinin tikintisinə icazə verilməsindən imtina edilməsi barədə qərarının və ya tikintiyə icazənin tələb olunduğu hallarda tikinti obyektinin belə icazə alınmadan özbaşına tikilməsi barədə məktubunun rekvizitləri".скачать dle 11.3

Son xəbərlər