Mojo.az Banner
13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Abituriyentlərin 46 faizi 200 baldan az toplayıb

22.06.2019 18:38 1 636
Abituriyentlərin 46 faizi 200 baldan az toplayıb
Ötən il qəbul imtahanında I-IV ixtisas qrupları üzrə abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumitəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili hesabatında qeyd edilib.

Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 46.4 faizi imtahandan “2”, 18.4%-i “3”, 23.6%-i “4”, 11.7%-i isə “5” qiymət alıb.

Ötən il bu göstəricilər, uyğun olaraq, 48.7%, 18.4%, 22.9%, 10.0% olub. Göründüyü kimi, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” qiymət alanların faizi dəyişməmiş, “4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların topladıqları balların 29.7%-ni “3”, 42.7%-ni “4”, 21.0%-ni isə “5” qiymət alanlar təşkil edib. Digər ki, ildə bu göstəricilər, uyğun olaraq 32.9%, 44.4%, 19.1% olub.

V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin 5.2%-nin topladığı bal 20-dən aşağıdır. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul olan abituriyentlər arasında 25-dən az bal toplayan yoxdur.

Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir.

Məlum olduğu kimi, cari ildə abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər. Eyni ixtisas qrupu üzrə hər iki imtahanda iştirak edən abituriyentlərin imtahan nəticələri təhlil olunarkən belə məlum olub ki, abituriyentlərin ikinci imtahandakı nəticələri birinci imtahandakı nəticələrindən nisbətən yaxşı olub və bu imtahanların hər ikisində iştirak edən abituriyentlərin nəticələri arasındakı fərqin orta qiyməti 2.66 bala bərabər olub.

Abituriyentlərin təxminən 69-70%-nin bu iki imtahanda əldə etdikləri nəticələri arasındakı fərq 50 baldan, 93-94%-nin isə 100 baldan aşağı olub. Qeyd edək ki, nəticələr arasındakı korrelyasiya əmsalı 0.94-ə bərabər olub.скачать dle 11.3
Mojo.az Banner