Mojo.az — elanlar
Son Xəbərlər
18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Apple istehsalat gücünü Çindən çıxarmağa hazırlaşır

20.06.2019 19:58 1 912
Apple istehsalat gücünü Çindən çıxarmağa hazırlaşır
Çin ilə ABŞ arasında olan ticarət müharibəsi təkcə Çindən olan şirkətlərə təsir etməyib. Belə ki, Asiyadan olan istifadəçilər artıq ABŞ-ın Apple şirkətini boykot edirlər. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən Apple şirkətinin özü isə öz istehsalat gücünü Çindən başqa ölkəyə keçirtmək niyyəti ilə Çindəki istehsalat tempini aşağı salmağı planlaşdırır. Bu barədə Asia.nikkei.com saytına istinadən 4pda saytı xəbər verib.

Median.Az
xəbər verir ki, Apple şirkəti öz istehsalat gücünün müəyyən hissəsinin (30%) Çindən çıxarılması üzrə əsas partnyorları ilə (Foxconn, Pegatron, Wistron, Quanta Computer, Compal Electronics, Inventec və s.) danışıqlar aparır. Bu cür qərarın əsas səbəbləi sırasında işçi qüvvəsi qiymətinin artımı və istehsalat prossesinin Çində həddindən artıq mərkəzləşdirilməsi var. Hal hazırda Apple şirkətinin əməkdaşlıq etdiyi 200 şirkətdən 41-i ya Çində ya da Honkonqda yerləşir. Güman edilir ki, istehsalat gücünün bir hissəsi Meksikaya, Hindistana, Vyetnama, İndoneziyaya və Malayziyaya keçiriləcək.

Nikkei saytının məlumatına əsasən hal hazırda Apple şirkətinin məhsullarının 90%-dən çoxu məhz Çində istehsal olunur. Bu cür templə şirkət Çində 5 milyon yeni iş yeri yaradır. Bunlardan 1.8 milyon insanı proqram təminatı tərtibatçısıdır. Məlumatda qeyd olunub ki, istehsalat gücünün digər regionlara keçirilməsi üçün 18 ay vaxt lazım olacaq. Lakin Apple şirkəti hələki istehsalat gücünün digər ölkələrə keçirilməsi üzrə dəqiq vaxt təyin etməyib. Qeyd etmək lazımdır ki. bir neçə müddət bundan öncə ən böyük iPhone istehsalçısı Foxconn şirkəti istehsalat prosesinin digər ölkəyə keçirilməsinə hazırlıqlı olduğunu bildirmişdi./Technote/

Son xəbərlər