Mojo.az Banner
Son Xəbərlər
21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə etmək istəyir

23.08.2025 19:11 1 254
“Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə etmək istəyir
“Apple” şirkəti “Google” ilə “Siri” səs köməkçisinin yenilənmiş versiyası üçün “Gemini”nin süni intellektindən istifadə etmək üçün danışıqlar aparır.

Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

“Apple” “Google”a 2026-cı ildə “Siri”nin yeni versiyasının əsasını təşkil edəcək fərdiləşdirilmiş süni intellekt modelinin hazırlanmasını təklif edib və şirkət təklifə müsbət cavab verib.

“Apple” hələ “Siri” üçün öz modelindən istifadə etmək və ya tərəfdaşla əməkdaşlıq etmək barədə qərar verməyib. Belə ki, bu ilin əvvəlində “Apple”, onların “Claude” və ya “ChatGPT” modellərinin “Siri” üçün beyin ola biləcəyini qiymətləndirmək üçün “Anthropic PBC” və “OpenAI” ilə əməkdaşlıq haqqında danışıqlar aparıb.

“Google” və “Apple” arasında mümkün tərəfdaşlıq xəbərləri fonunda hər iki şirkətin səhmləri artıb: “Google” 2,9% artaraq 205,46 dollara, “Apple” isə 1,4% artaraq 227,95 dollara çatıb. “Apple” 2025-ci ilin yazında “Siri”ni yeniləməyi planlaşdırıb, lakin texniki problemlərə görə yeniləməni bir il təxirə salıb.скачать dle 11.3

Son xəbərlər