Mojo.az Banner
19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıya CNG avtobusu gətirildi

08.06.2019 19:42 1 743
Bakıya CNG avtobusu gətirildi
“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının müasir, ekoloji standartlara cavab verən təbiət dostu avtobuslarla yeniləməsi istiqamətində yeni fəaliyyət proqramının icrasına başlayıb.

Median.Az
xəbər verir ki, şirkətin 10 ildən çoxdur əməkdaşlıq etdiyi “Anadolu İsuzu” şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib. AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.

Nəzərinizə çatdıraq ki, “Xaliq Faiqoğlu” şirkəti ekoloji standartların qorunmasına, AVRO standartların tətbiqinə böyük əhəmiyyət verir və inkişaf strategiyasını bu prinsip əsasında formalaşdırır. Şirkət son illərdə avtobus parkını əhəmiyyətli dərəcədə yeniləyib və sərnişinlərə AVRO-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri ilə xidmət göstərilir. Şirkət 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini paytaxtımıza gətirməyi planlaşdırır.скачать dle 11.3
Mojo.az Banner