Mojo.az Banner
13:24 Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB  |     13:20 Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin  |     13:16 “Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert  |     13:11 Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI  |     13:10 Ermənistanda "Qazprom"un dörd əməkdaşı həbs edildi  |     13:08 Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı  |     13:04 ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama  |     12:57 Dünya bazarında neft qiymətləri necədir?  |     12:49 Klublarımız pley-offa adladılar: Azərbaycanın UEFA reytinqində yeri dəyişdimi?  |     11:39 Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - Video  |     11:33 Azərbaycan nefti ucuzlaşıb  |     11:32 Gəncədə "Changan" piyadanı vurub öldürdü  |     11:32 Zaqatalada avtomobil aşıb: Xəsarət alanlar var  |     11:14 Bir gündə 11 diş implantı qoyuldu, həyatını itirdi: Cənubi Koreyada 75 yaşlı qadının FACİƏSİ  |     11:13 Ermənistanda keçmiş deputat həbs edildi  |     11:12 "Barselona"nın hücumçusu PSJ-yə keçəcək  |     10:50 Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |    
Left Banner
Right Banner

Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq

08.06.2019 14:37 3 339
Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq
Rusiya Azərbaycan ərzaq məhsulları idxalını artırmaq niyyətindədir. Bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində keçirilən “Rusiya-Azərbaycan” biznes dialoqunda bildirib.

Nazir hazırda Azərbaycandan ərzaq məhsulları tədarükünün artım tempinin yaxşı səviyyədə olduğunu bildirib. M.Oreşkinin sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya bazarında Türkiyə və Çin məhsulları üstünlük təşkil edir.

Nazir əlavə edib ki, Rusiya tərəfi Azərbaycandan məhsullarının Rusiya bazarlarına hansı həcmdə tədarükünün mümkün olduğunu göstərmək istəyir.

Azərbaycanlı həmkarı Şahid Mustafayev ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 19 faiz artdığını, 2019-cu ilin ilk rübü ərzində isə 23 faiz çoxaldığını diqqətə çatdırıb.

Nazir ticarət dövriyəsinin daha da artırılması üçün potensialın olduğunu və tərəflərin hər iki hökumətin yaratdığı şəraitdən yararlanmalı olduğunu vurğulayıb.

“Biz uzunmüddətli əməkdaşlığa ümid edirik. Əldə etdiyimiz razılaşmaya görə, Rusiya tərəfi uzun müddətli tələbatları (ərzaq məhsullarına olan – red.) ilə bağlı bizi məlumatlandıracaq”, - deyə nazir bildirib.

Ş.Mustafayev Azərbayca tərəfinin məhsulların hazırlanması, logistikası və emalını təmin etməyə və onların vaxtında Rusiya bazarına çıxarılması üçün (Rusiya tərəfi ilə birgə) əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,55 milyard dollar, 2019-cu ilin ilk rübündə isə 839,08 milyon dollar təşkil edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner