Mojo.az Banner
22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |     20:47 Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri oldu  |     20:40 "TikTok" söyüş söydü, həbs edildi  |     20:35 Hansı torpaqlar ipoteka predmeti ola bilər?  |     20:27 Birində 5, digərində 6 manat - Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?  |     20:22 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - "Stop" qoyuldu  |     20:22 Ceki Çan Azərbaycandan danışıb kövrəldi (VİDEO)  |     20:14 Bu rayonun bir hissəsində su olmayacaq  |     20:09 Bağçalara qəbul olunan uşaqların sayı açıqlandı  |    
Left Banner
Right Banner

Rusiyalı nazir İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB

23.04.2018 13:01 5 762
Rusiyalı nazir İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Ötən il, eləcə də, bu ilin ilk rübünün nəticələrinə əsasən, ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb.

Dövlət başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də, ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib.

Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbriklərini dövlət başçısına çatdırıb.

O qeyd edib ki, seçkilərin nəticələri prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır.

Rusiyalı qonaq qeyd edib ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * * * *

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.скачать dle 11.3
Mojo.az Banner