Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanda kəpənəklər kütləvi şəkildə artıb - AÇIQLAMA

31.05.2019 13:39 12 572
Azərbaycanda kəpənəklər kütləvi şəkildə artıb - AÇIQLAMA
Bu gün səhər saatlarından Bakı, Sumqayıt, Xırdalan, Biləcəri ərazisində kəpənəklərin sayında kütləvi artım müşahidə edilir. Mənzərə insanlarda sual doğurub.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən AMEA Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, kəpənəklərin sayındakı artımın əsas səbəbi miqrasiyadır.

“Hazırda kəpənəyin vanessa cardui adlı növünün kütləvi Afrikadan Aralıq və Qara dəniz üzərindən Avropa istiqamətinə miqrasiya etdiyi vaxtdır. Bu növ kəpənəklər beş min kilometrə qədər miqrasiya etmək qabiliyyətinə malikdirlər.

Azərbaycanın da Qara dənizə yaxın olduğunu nəzərə alsaq, ölkədə kəpənək artımını müşahidə etmək normaldır. Bizimlə bərabər, Türkiyə, İsrail və Kiprdə də kütləvi artım müşahidə edilir. Kəpənəklər arılardan sonra əsas tozlandırıcılardır.

Hazırda ölkə ərazisində olan kəpənəklərin hər hansı bir fəsadı yoxdur. Adətən, kəpənəklərin bəzi növlərinin qoyduğu yumurtadan çıxan tırtıllar kənd təsərrüfatına ziyan vurur. Kalin vanessa cardui növü kənd təsərrüfatı ziyanvericisi kimi göstərilmir. Onlar qanqal bitkisi üzərində yaşayırlar. Eyni zamanda, ağacların üzərində də görmək olar”, - deyə Nigar Yusifova bildirib.
скачать dle 11.3
Mojo.az Banner