Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb

10.04.2019 22:03 1 604
Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçiləri günü bir medalla başa vurub.

92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini sınağa çəkib. Döyüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 9:1. Bununla da Azərbaycan sərbəst güləşçisi karyerasında ilk dəfə Avropa çempionu olub. O, daha əvvəl 2012-ci il London Yay Olimpiya Oyunlarında və 2011-ci il dünya çempionatında qızıl medal qazanmışdı. Şərifov qitə çempionluğu da əldə etməklə, titul kollesiyasını tamamlayıb.

Digər azərbaycanlı sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Daha əvvəl Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.

61 kq

Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) - 0:6

74 kq

Bürünc medal görüşü Hacımurad Hacıyev - Timur Bijoyev (Rusiya) - 4:6

1/2 final - 1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) - 2:6

1/4 final Hacımurad Hacıyev - Maksim Vasilioqlo (Rumıniya) - 11:1

1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) - 10:1

86 kq

Bürünc medal görüşü - Murad Süleymanov - Əli Şabanov (Belarus) - 2:11

1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) - 0:7

1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (İspaniya) - 7:2

1/8 final - Murad Süleymanov - Ahmed Ruslanoviç (Almaniya) - 5:0

Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) - 5:0

92 kq

Final - Şərif Şərifov - Zbiqniyev Baranovski (Polşa) - 9:1

1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (Gürcüstan) - 8:2

1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) - 6:2

125 kq

Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS).скачать dle 11.3
Mojo.az Banner