Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

“Ehtiyacım var idi” - Bakıda tapdığı narkotiki Gəncədə satmaq istədi - VİDEO - FOTO

01.03.2019 19:33 1 860
“Ehtiyacım var idi” - Bakıda tapdığı narkotiki Gəncədə satmaq istədi - VİDEO - FOTO
Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Nurəddin Zəkiyev saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 154.06 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Əli Əlizadə - Təhqiqatçı: "Biləsuvar rayonu Zəhmətabad kənd sakini Zəkiyev Nürəddin Mirövlə oğlu Gəncə şəhəri Cavadxan qəsəbəsində saxlanılaraq Kəpəz Rayon Polis Bölməsinə gətirilib. Kəpəz Rayon Polis Bölməsində Nürəddin Zəkiyevin üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd sarı yapışdırıcı lentlə bağlanılmış bükülü halda olan narkotik vasitə heroin aşkarlanıb".

İlkin dindirilmə zamanı Nurəddin Zəkiyev narkotik maddəni paytaxtdan taparaq, yaşadığı Biləsuvar rayonuna apardığını, oradan isə Gəncəyə satmaq üçün gətirdiyini deyib.

Nürəddin Zəkiyev - Saxlanılan şəxs: "Gəldim Biləsuvara oradan heç evə dəymədim. Oradanda düz Gəncəyə gəldim ki, adam var ona verəm, 5 min manat pul alım. Ehtiyacım var idi. Oda alınmadı. Polis əməkdaşları tərəfindən tutuldum. Əməlimə görə çox peşmanam".

Zəkiyevin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq davam edir.

скачать dle 11.3
Mojo.az Banner