Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Median.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən istirahət kompleksində baş verib.
Daxil olan çağırış üzrə əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin keçirdiyi baxış zamanı Sezen Taşın hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.
Məsələ ilə bağlı istintaq-araşdırma tədbirlərinə başlanılıb.