Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

PKK Türkiyədən tamamilə çıxdı

08.10.2026 17:26 213
PKK Türkiyədən tamamilə çıxdı
Kürdüstan Fəhlə Partiyası (PKK) bütün silahlı birləşmələrinin Türkiyə ərazisindən çıxarılması prosesinin yekunlaşdığını bəyan edib.

Median.Az
bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir.

Məlumata görə, PKK nəinki Türkiyə daxilindəki, eləcə də sərhədə yaxın ərazilərdə yerləşən bütün silahlı qüvvələrini geri çəkib.

Ankara tərəfindən qadağan olunmuş təşkilat kimi tanınan PKK 2025-ci ilin oktyabrında öz qüvvələrini Türkiyədən çıxarmaq qərarını açıqlamışdı. Bu proses mərhələli şəkildə icra edilib. 2025-ci ilin oktyabrında PKK toqquşma ehtimalı yüksək olan Türkiyə bölgələrindən qruplaşmalarını, bir neçə gün öncə isə geridə qalan qüvvələrini çıxarıb.

Qeyd edək ki, 2025-ci il fevralın 27-də Türkiyədə ömürlük həbs cəzası çəkən PKK-nın yaradıcısı Abdullah Öcalan öz tərəfdarlarını silahı yerə qoymağa və silahlı mübarizəni dayandırmağa çağırmışdı. Həmin ilin may ayında isə PKK özünü buraxdığını və Ankara ilə silahlı qarşıdurmaya son qoyduğunu elan etmişdi. Ankaranın terror təşkilatı olaraq qəbul etdiyi Kürdüstan Fəhlə Partiyası 1984-cü ildən etibarən Türkiyə hakimiyyətinə qarşı silahlı mübarizə aparırdı.скачать dle 11.3
Mojo.az Banner