Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış

08.10.2026 18:07 312
Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış
Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 41 milyon manata yaxın mənimsənilmiş vəsait dövlətə geri qaytarılıb. Bu məbləğin 38 milyon manatı ibtidai, iki milyon manatdan bir az artıq hissəsi birinci və apellyasiya məhkəməsi dövründə ödənilib.

Dövlətə vurulmuş ziyanın 12 milyon manatını Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, 11 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Nizami Məmmədov ödəyib. Qalan hissə isə digər təqsirləndirilən şəxslərin hesabına qaytarılıb.

Bundan əlavə, cinayət işi üzrə təqsirli bilinən şəxslərin əmlakı dövlət xeyrinə müsadirə edilib.

Apellyasiya baxışının son iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə deyib ki, həbsdən azad olunacaqları halda dövlətə dəymiş ziyanın özlərinə düşən qalan hissəsini də ödəməyə hazırdırlar. 10 il 6 aylıq azadlıqdan məhrum edilən Əlizadə artıq dörd ildən çoxdur cəza çəkir. O, həbsdə qalmaqdansa, dövlətə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyərək azad olunmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi yekun qərarında zabitlərin şikayətlərini təmin etməyib. Onların həbsinin davamına qərar verilib.

Məhkum edilmiş şəxslərin bu qərardan kassasiya şikayəti verəcəkləri bildirilir. Son qərarı Ali Məhkəmə verəcək.

Qeyd edək ki, ziyanın 143 milyon manatlıq hissəsi general Nizami Məmmədova və qoşun növlərinin rəislərinə, bir qismi isə daha əvvəl məhkum edilmiş zabitlərə və işdə adıçəkilən digər şəxslərə aiddir.
скачать dle 11.3
Mojo.az Banner