Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar

08.10.2026 18:43 390
Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində bir nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Son xəbərlər