Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslər ayda 400 manat alacaqlar - Nazirdən AÇIQLAMA

25.02.2019 18:56 2 716
Bu şəxslər ayda 400 manat alacaqlar - Nazirdən AÇIQLAMA
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq.

Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq .

Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.

Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq.

“2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat, 3-cü qrup üzrə isə 320 manat olacaq.

Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq.

Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb. Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”.

S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq.

Doqquz min vətəndaşın ailəsində beşdən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.

“Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, - deyə nazir bildirib.

Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb.

“Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner