Mojo.az Banner
13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əmisi arvadını zorladı, sonra bogub öldürdü — Yevlaxda dəhşətli cinayət

21.02.2019 13:07 3 854
Əmisi arvadını zorladı, sonra bogub öldürdü — Yevlaxda dəhşətli cinayət
Şəki Apellyasiya Məhkəməsində əmisi arvadını zorlayıb öldürən şəxsin məhkəməsi başlayır.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, Bəhruz İsmayılov cəzasının 9 ilini çəkdiyi üçün azadlığa çıxması ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edib.

Ancaq yerli rayon məhkəməsi məhkumun ərizəsini rədd edib. Bundan sonra məhkum 2-ci instansiya məhkəməsinə müraciət edib. Fevral ayının 25-də hakim Akif Eyvazovun sədrliyi ilə B. İsmayılovun şikayətinə baxılacaq.

Xatərladaq ki, 2008-ci ilin oktyabr ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlaxın Alar kənd sakini Bəhruz Maarif oğlu İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İsmayılov 2008-ci il iyulun 12-də əmisi arvadı, 51 yaşlı Roza Bədəlovanı zorlayıb, sonra isə şalvarının kəməri ilə onu boğaraq qətlə yetirib.
İsmayılov ifadəsində özünü qismən təqsirli bilib və deyib ki, əmisi arvadını öldürməyi iki il əvvəl planlaşdırıb və bu qətli qisas almaq məqsədilə törədib.

Onu öldürməyinə səbəb isə Bədəlovanın anası ilə dalaşması olub.

İsmayılovun əmisi, zərərçəkmiş Əliş Mahmudov isə hadisə olan vaxt Rusiyada olduğunu deyib və qardaşı oğlundan şikayətçi olmadığını bildirib.
İsmayılov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və zorlama (149) maddələri ilə ittiham olunub.скачать dle 11.3
Mojo.az Banner