Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Bu xəstəliklər ömürlük korluğa səbəb ola bilər - Həkim izah edir

15.02.2019 21:53 3 225
Bu xəstəliklər ömürlük korluğa səbəb ola bilər - Həkim izah edir
Sağlam həyat tərzi üçün bütün orqanların, eləcə də gözlərimizin normal fəaliyyəti çox önəmlidir. Statistikaya əsasən, ölkə üzrə görmə orqanının zədələnməsinə görə əlillik faktı kənd əhalisində təxminən 57%, şəhər əhalisində 43% təşkil edir. Kənd əhalisi arasında əlilliyin yüksək faizinin əsas səbəbi vaxtında tibbi reabilitasiyadan istifadə olunmamasıdır.

Median.Az
xəbər verir ki, oftalmoloq Rəhimə Poluxova Baku TV-yə açıqlamasında deyib ki, göz xəstəliklərində genetik faktor mühüm rol oynayır:

"Kitab oxumaq, kompüter arxasında oturmaq bu prosesi daha da sürətləndirə bilər".

Həkimin sözlərinə görə, 65 yaşdan yuxarı hər kəsdə mirvari suyu deyilən göz xəstəliyinin yaranması ehtimalı var. Şəkərə bağlı göz xəstəlikləri isə müalicə olunmazsa, korluqla nəticələnə bilər.

Bununla yanaşı, arterial təzyiq, revmatizma kimi xəstəliklərdən əziyyət çəkən insanlarda göz xəstəliklərinin yaranması riski daha böyükdür. Estetik gözəllik naminə istifadə olunan linzaların da təhlükəsi böyükdür.

Son xəbərlər