Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəmiryolu ilə sərnişin və yükdaşıma qaydaları dəyişəcək - FƏRMAN

08.02.2019 14:14 2 195
Dəmiryolu ilə sərnişin və yükdaşıma qaydaları dəyişəcək - FƏRMAN
Dəmiryolu ilə sərnişinlərin daşınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bununla bağlı müddəa ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmanında nəzərdə tutulub.

Fərmana görə, dəmiryolu ilə yüklərin, sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarında dəyişikliklər olacaq.

Eləcə də, “Dəmir yolu nəqliyyatı haqqında nizamnaməni”, texniki istismar qaydalarını, qatarların hərəkətinə və manevr işinə dair təlimatı, siqnalizasiya təlimatını hazırlamaq üçün müvafiq qrumlara altı ay vaxt verilib.

Prezidentin verdiyi tapşırıqlar arasında hərəkətin təhlükəsizliyi və nəqliyyat hadisələrinin araşdırılması və qeydiyyatı qaydalarını, dəmiryolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarının təkmilləşdirilməsi də öz əksini tapır.

Eyni zamanda, dəmiryoluna məxsus torpaqların sərhədlərinin aktual qrafik təsvirinin hazırlanması tələb olunub.

Dəmir yoluna məxsus və xüsusi mühafizə zonasının hüdudları barədə məlumatları üç ay, dəyişikliklər barədə məlumatların bir ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.скачать dle 11.3
Mojo.az Banner