Mojo.az — elanlar
Son Xəbərlər
13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Tbilisi-Qars sərnişin qatarının işə başlayacağı tarix məlum oldu

27.05.2019 13:34 2 141
Bakı-Tbilisi-Qars sərnişin qatarının işə başlayacağı tarix məlum oldu
Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq".

Median.Az
xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

"Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır".

C.Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

"Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”.

Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub.

Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq


Son xəbərlər