Mojo.az Banner
Left Banner
Right Banner

Nəsimi rayonunda dələduzluğa görə 2 nəfər saxlanılıb

01.02.2019 15:07 4 353
Nəsimi rayonunda dələduzluğa görə 2 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 25-də Bakı şəhər sakini N.Əlmərdanovanın 120 manat pulunu və mobil telefonunu dələduzluq yolu ilə ələ keçirən Masallı rayon sakini A.Səmədov saxlanılıb.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Hüseynova qarşı dələduzluq edən Mingəçevir şəhər sakini E.İsmayılov saxlanılıb.

Araşdırma zamanı onun, daha 3 nəfərin mobil telefonlarını dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.

Faktlarla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner