Mojo.az Banner
22:26 Bakıda ata və oğlu faciəli şəkildə ÖLDÜ  |     22:20 Tiktokda rəy yazan arvadını döydü  |     22:12 Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir  |     22:05 Ötən gün Azərbaycanda axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verilib  |     21:57 Bu şirə qan şəkərini sürətlə artıra bilər - Bir çox insan onu içir  |     21:50 Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı  |     21:44 Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib  |     21:33 ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib  |     21:30 Abşeronda itkin düşən kişinin meyiti tapıldı  |     21:05 DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"  |     20:54 Salyanda azyaşlını avtomobil vuraraq öldürüb  |     20:49 Təl-Əviv ərazisində həyəcan siqnalı verildi  |     20:40 Dubayda qızılın qiyməti ucuzlaşdı - SƏBƏB  |     20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |     20:18 “Şəfa”nın yeni prezidenti AÇIQLANDI  |     20:11 İraq kürdlərindən İranla bağlı ŞOK QƏRAR  |     20:04 XİN məlumat yaydı  |     19:55 Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərini qəbul edib  |     19:43 Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı  |    
Left Banner
Right Banner

Avropada yoxa çıxan 5 minə yaxın qaçqının taleyi necə olub? - Miqrantlarla bağlı dəhşətli faktlar

26.01.2019 23:06 1 660
Avropada yoxa çıxan 5 minə yaxın qaçqının taleyi necə olub? - Miqrantlarla bağlı dəhşətli faktlar
İnsanlar dünyanın müxtəlif yerlərindən müharibədən, aclıqdan, işsizlikdən qaçdıqca qlobal miqrasiya rekord səviyyəyə çatır. 2017-ci ildə dünyada 258 milyon beynəlxalq miqrant olub. BMT bunun əsrin əvvəlindən 49 faiz çox olduğunu bildirir.

Amma bu kütləvi miqrasiyanın itkiləri də az deyil. On minlərlə adam səyahət zamanı ya həlak olurlar, ya da yoxa çıxırlar. Çoxları dənizdə batır, bəziləri səhralarda ölür, ya da insan qaçaqçılarının əlinə keçir. Dünyanın müxtəlif yerlərində isə məzarlıqlarda dəfn olunan kimsəsizlərin sayı az deyil.

"Associated Press" agentliyi 2014-cü ildən bəri azı 56 min 800 miqrantın ya öldüyünü, ya da itkin düşdüyünü hesablayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı indiyədək bir dəfə belə hesablama aparıb, oktyabrın 1-dək 28 min 500-dən çox miqrantın öldüyünü, yaxud itkin düşdüyünü üzə çıxarıb. AP-nin hesablaması isə bundan 2 dəfə çoxdur.

Agentlik digər beynəlxalq qrupların informasiyasını toplayıb, ekspertiza, itkinlər, ölənlərlə bağlı sənədlərini istəyib, miqrantlarla minlərlə müsahibə aparıb.

"AP-nin hesabladığı da azdır. Miqrantların cəsədləri səhra qumluqlarında, dənizin dibində qalır. Ailələr də çox vaxt yaxınlarının itkin düşməsi barədə məlumat vermirlər, çünki onların elədiyi qanunsuzdur, ya da evdən gedəndə konkret haraya yol aldıqlarını söyləməyiblər", - agentlik yazır.

Agentlik Avropada olan, ya da bu qitəyə üz tutmuş 4 min 900-dək adamın yoxa çıxdığını aşkarlayıb. Onların içində 2 min 700 uşaq var, ailələri Qırmızı Xaça məlumat veriblər.

Hazırda həm Avropada, həm də Birləşmiş Ştatlarda siyasi cərəyan miqrantlara qarşı yönəlir. ABŞ hökuməti Mərkəzi Amerikadan gələn miqrant karvanını qarşılamağa hərbçilər göndərir. Agentlik miqrantlarla bağlı layihələrə ayrılan pulun da azaldığını yazır.

"Məsələn, 2015-ci ilin aprelində İtaliya sahillərində gəmi qəzasında 800-dən çox adam həlak oldu. Bu, Avropanın miqrantlarla bağlı ən ağır dəniz faciəsi idi. O zaman İtaliya müstəntiqləri onların kimliyini müəyyənləşdirib ailələrinə təhvil verəcəkləridni dedilər. Hadisədən üç ildən çox keçir, amma yeni populist hökumət bu işə ayrılan maliyyəni kəsir", - agentlik yazır.скачать dle 11.3
Mojo.az Banner