Mojo.az Banner
22:59 Türkiyə gəmisinə hücum oldu, yaralılar var  |     22:56 Nazir şagirdlərin monitorinq imtahanında sual kitabçalarının yığılmasına aydınlıq gətirib  |     22:50 Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı  |     22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |     22:01 Bakı universitetlərində bakalavrların sayı azaldılacaq  |     21:53 Bu hisslər xarici görünüşdə radikal dəyişikliklər yaradır  |     21:48 Baş nazirdən daha bir qərar  |     21:40 Tələbələrə müjdə - Bu məbləğ artırıla bilər  |     21:34 Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı  |     21:20 Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir  |     21:13 Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər  |     21:06 Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb  |     20:58 İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı  |     20:52 Bakıda uşaq bağçasında lisenziyasız fəaliyyət aşkarlandı  |     20:45 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu  |    
Left Banner
Right Banner

Ombudsman beynəlxalq təşkilatları itkin düşmüş şəxslərlə bağlı səyləri artırmağa çağırıb

29.08.2025 19:25 942
Ombudsman beynəlxalq təşkilatları itkin düşmüş şəxslərlə bağlı səyləri artırmağa çağırıb
Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır.

Bu fikirlər Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü ilə əlaqədar Ombudsman Səbinə Əliyevanın müraciətində qeyd olunub.

O bildirib ki, uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib:

"Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirmiş olduğu hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşmüş və bu günədək taleləri haqqında hər hansı bir məlumat yoxdur. Rəsmi məlumata əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək şəxs var ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı isə ahıl şəxslərdir".

Ombudsmanın sözlərinə görə, itkin düşmüş azərbaycanlıların taleyi barədə problem dəfələrlə əlaqədar beynəlxalq təşkilatların diqqətinə çatdırılıb, Cenevrə Konvensiyalarının tələblərinə müvafiq olaraq Ermənistanın itkin düşmüş soydaşlar barədə məlumatları təqdim etməsi tələb olunub:

"Azərbaycan dövləti 2002-ci ildən etibarən mütəmadi olaraq BMT-nin Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürür. Buna baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyədək hər hansı əməli addımlar atılmayıb.

İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan sistemli axtarış tədbirləri nəticəsində, eləcə də görülən tikinti-quruculuq işləri, habelə hadisə şahidlərinin ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanıb, tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq gətirilib.

Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edir".

Ombudsman dünya ictimaiyyətini, beynəlxalq təşkilatları itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi istiqamətində səyləri artırmağa çağırıb:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir və bir daha vurğulamaq istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində öz səylərini artırmalı, Ermənistan isə beynəlxalq humanitar hüquq normalarına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".скачать dle 11.3
Mojo.az Banner