Mojo.az Banner
18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkobaron saxlanıldı - FOTO

26.01.2019 13:30 1 838
Bakıda narkobaron saxlanıldı - FOTO
Paytaxtın Yasamal rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop dərmanların sıyahısına daxil olan “Tramadol” həbləri, elektron tərəzi və şpristlər aşkar olunub.

Aşkar edilən maddi sübutlar ekspetrziya təqdim edilib. Ekspertiza ilə müəyyən edilib ki, M.Əsədovun evindən aşkar edilən heroinin təmiz çəkisi 1 kiloqram 141 qramdır.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.

скачать dle 11.3
Mojo.az Banner