Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbər

15.01.2019 12:33 3 099
Qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbər
Xəbər verdiyimiz kimi, qeyri-rəsmi nikahdan doğulduğu iddia edilərək Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlığa atılan dörd günlük qız uşağı hüquq-mühafizə orqanlarının əməkdaşları tapıb.

Qeyri-rəsmi münasibətdən dünyaya gəldiyi deyilən uşaq ilk olaraq 1 saylı Körpələr Evinə aparılıb.

Körpələr evinin baş həkimi Simuzər Topçubaşovanın Oxu.Az-a bildirib ki, onlar körpəni dərhal xəstəxanaya göndəriblər:

“Bəli hüquq-mühafizə orqanları tərəfindən bizə təxminən 3-4 günlük körpə qız uşağı gətirilib. Uşaq bizə gətiriləndə göbəyi belə kəsilməmişdi. Vəziyyəti ağır olduğundan dərhal A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına göndərilib. Hazırda orada müalicə altında saxlanılır”.

A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, uşaq ayın 11-də axşam saat 22.30 radələrində körpələr evindən göndərilib:

“Təcili Yardım maşını ilə xəstəxanaya gətirilib. Təxminən dörd günlük uşaqdır. Göbəyi kəsilməmiş halda və ağır vəziyyətdə olub. Vəziyyətinin ağırlığına görə, onu reanimasiya şöbəsində ciddi həkim nəzarətində saxlayırıq. Gətirildiyi günə nisbətən vəziyyəti qənaətbəxşdir. Uşağın vəziyyəti bir qədər də yaxşılaşdıqdan sonra onu müvafiq şöbəyə köçürəcəyik”.

Qeyd edək ki, mətbuatda körpənin anası N.Ağayeva əvvəllər ailəli olduğu, həyat yoldaşının 7-8 il əvvəl dünyasını dəyişdiyi qeyd edilib. Xanımın bu rəsmi nikahdan iki qızı, bir oğlu var.

Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb. Uşağın anası 37 yaşlı Nailə Ağayevanın Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı da qeyd edilir.//oxu.az

Son xəbərlər