Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xəstəxanada 4 aylıq uşaq öldü

13.03.2019 23:21 2 239
Xəstəxanada 4 aylıq uşaq öldü
Oğuzda dörd aylıq uşaq ölüb.

Median.Az
oxu.az-a istinadla xəbər verir ki, dünən Oğuz Mərkəzi rayon Xəstəxanasına dörd aylıq qız uşağı gətirilib.

Uşaq xəstəxanaya ağır vəziyyətdə daxil olub. Həkimlər bütün zəruri müdaxilələri edərək uşağı komatoz vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndəriblər.

Şəki Birləşmiş Uşaq Xəstəxanasından saytımıza verilən məlumata görə, uşağın xəstəxanaya meyiti gətirilib: “Uşaq ağır vəziyyətdə bizə göndərilən zaman yolda dünyasını dəyişib. Təcili Tibbi Yardım maşını uşağı ölü vəziyyətdə xəstəxanaya gətirib”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaq Oğuz Mərkəzi rayon Xəstəxanasına komatoz vəziyyətdə daxil olub: “Uşağa baxış keçirilən zaman beyinə qansızma diaqnozu qoyulub. İlkin tibbi yardımlar göstərilib. Vəziyyətində irəliləyiş olmadığı üçün Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Lakin uşaq xəstəxanaya çatmamış yolda dünyasını dəyişib”.

Hadisə yerinə Şəki rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər