Mojo.az — elanlar
Son Xəbərlər
16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı miqrantlar fırıldaqçıların toruna necə düşür? - RƏY

16.11.2018 11:46 4 908
Azərbaycanlı miqrantlar fırıldaqçıların toruna necə düşür? - RƏY
Əmək fəaliyyətinə icazə və müvəqqəti yaşayış üçün qeydiyyatdan keçmək kimi məsələləri vaxtında həll etmədən, Rusiyadakı azərbaycanlı əmək miqrantları şübhəli şirkətlərə kömək üçün müraciət edir və nəticədə, fırıldaqçıların əlinə düşürlər.

Dövlət Miqrasiya Xidmətinin İctimai Şurasının sədri Azər Allahverənovun fikrincə, bu məsələdə ilk növbədə miqrantların özləri günahkardırlar:

“Rusiyaya gedən əmək miqrantları sənədlərini qeydiyyatdan keçirməyə tələsmirlər, zaman azaldıqda isə bütün problemləri bir dəfəyə, bir gündə həll etməyə çalışırlar. Buna görə də problemlərin həllini vəd edən vasitəçi şirkətlərə müraciət edirlər. Sənədləşməyə pul xərcləmək istəməyən miqrantlar fırıldaqçıların əlinə düşürlər”, - deyə o bildirib.

A.Allahverənovun sözlərinə görə, Rusiya Federal Miqrasiya Xidməti tərəfindən müntəzəm aparılan reydlər zamanı aydın olur ki, onların sənədləri saxtadır. Təbii ki, Rusiya ərazisində qeyri-leqal yaşamağa görə böyük məbləğdə cərimə tətbiq edilir və ya ölkədən deportasiya olunurlar.

“Belə olan halda, qeyri-leqal miqrant sübut etməyə çalışır ki, sənədlərini qanuni yolla qeydiyyata salıb, hətta vasitəçi şirkətin ünvanını da qeyd edir, lakin bir qayda olaraq fırıldaqçı şirkətlər tez-tez ünvanlarını dəyişirlər ki, izi itirsinlər.

Nəticədə heç bir günahı olmayan günahkar miqrant fırıldaqçının əvəzinə də cavab verməli olur, həm maddi, həm mənəvi ziyana düşür. Əgər onu məcburi şəkildə ölkədən çıxarmasalar da, o özü Rusiyanın sərhədlərini tərk etməyə məcbur olur, çünki aldığı kiçik əməkhaqqı məbləği ilə böyük cərimələri ödəmək imkanı qalmır”, - deyə ekspert qeyd edib.//oxu.az

Son xəbərlər