Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar işləmək üçün ən çox bu ölkələrə gedir - SİYAHI

03.08.2019 14:29 1 410
Azərbaycanlılar işləmək üçün ən çox bu ölkələrə gedir - SİYAHI
Kütləvilik meyarlarına görə vətəndaşlarımız əmək fəaliyyəti ilə məşğul olmaq üçün daha çox Rusiya, Ukrayna və Türkiyəyə üz tutur.

Bunu oxu.az-a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov azərbaycanlıların daha çox işləmək üçün getdiyi ölkələri şərh edərkən deyib.

Sədrin sözlərinə görə, Rusiya daha çox azərbaycanlı miqrantların diqqət mərkəzindədir:

“Rusiya ilə çox sıx miqrasiya müqaviləmiz var. Oranın əmək bazarının çox geniş imkanları mövcuddur. Eyni zamanda, bu ölkədə diasporumuz nüfuzlu və genişmiqyaslıdır. Bir çox fəaliyyət sahələri ilə əlaqədar işlər həyata keçirilir. Bu səbəbdən Rusiya ərazisində çox sayda soydaşlarımız yaşayır. Ənənəvi olaraq bizim üçün maraqlı ölkə Rusiyadır. Böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu ölkəyə üz tuturlar.

Rusiyanın rəsmi mənbələrindən əldə etdiyimiz məlumata görə, 600 minə qədər Azərbaycan vətəndaşı hazırda orada yaşayır. Onların da təqribən 300 minə qədəri əmək fəaliyyəti ilə məşğul olur. Yəni 300 min insan müvafiq qaydada icazəli şəkildə əmək patenti almaqla orada işləyir. Bu, statistik rəqəmlərdir. Təbii ki, qeyri-qanuni şəkildə işləyənlər də var. Sadəcə bu gün Rusiya qanunverciliyi imkan verir ki, hər bir Azərbaycan vətəndaşı 90 gün ərzində bu ölkənin ərazisində yaşasın, daha sonra bu müddət bitdiyi zaman yenidən Rusiyaya keçib öz işini davam etdirsin. Amma bu, bir çox hallarda qeyri-qanuni müstəvidə baş verir. Yəni kimsə özü üçün iş yeri qurur. Bununla da heç bir əmək münasibətləri rəsmiləşdirmədən öz iş yerini kənardan idarə etmiş olur. Sadaladığım bu kimi əlamətlərə görə Rusiya birinci yerdədir”.

İkinci yerdə olan Ukraynada da çoxsaylı vətəndaşlarımız var:

“Ayrı-ayrı mənbələrdə müxtəlif rəqəmlər səsləndirilir. Haradasa 250 mindən çox azərbaycanlının Ukrayna ərazisində yaşadığı və orada əmək faliyyəti ilə məşğul olduğu deyilir”.

O əlavə edib ki, Türkiyə azərbaycanlılar üçün maraqlı ölkə olması baxımından üçüncü yerdə qərarlaşıb:

“Bu səbəbdən hazırda Türkiyədə kifayət qədər azərbaycanlı işləyir. Müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlər qeyd olunub.

Dördüncü yerdə olan Gürcüstanda bizim çoxlu şirkətlərimiz fəaliyyət göstərir. Azərbaycanlı iş adamlarının qurduğu əmək sahələrində soydaşlarımız çalışır. Sonuncu yerdə Orta Asiya respublikalarıdır. Məsələn, Qazaxıstanda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Məhz Azərbaycan şirkətləri vasitəsilə xarici ölkələrə üz tutan soydaşlarımız çoxdur”.

A.Allahverənovun fikrincə, azərbaycanlı miqrantların üz tutduğu ölkələr ənənəvi olaraq postsovet dövlətləridir:

“Çünki bu ölkələrlə aramızda viza rejimi yoxdur. Həmçinin həmin ölkələrin əmək bazarına müəyyən çıxışlarımız, şirkətlərimiz var. Bu kimi şərtlər və amillər o ölkələrə axın edən azərbaycanlılar, xüsusilə də işləmək istəyənlər üçün əlverişli mühit yaradır. Ən çox da Türkiyədə bizim çoxsaylı şirkətlərimiz fəaliyyət göstərir”.

Şura sədri əlavə edib ki, Avropa ölkələrindən Almaniya, Çexiya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər də var:

“Xüsusilə də son illər bu tendensiya artıb. Cexiya, Almaniya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər kifayət qədərdir. Bəziləri buna müvəffəq olsa da, bir çoxları bacara bilmir. İşləmək adı ilə gedib orada başqa status almaq istəyənlər də var. Soydaşlarımız tərəfindən müxtəlif yanaşmalar ola bilər, amma istənilən halda kütləvilik meyarlarına uyğun olaraq Rusiya, Ukrayna və Türkiyə üçlükdədir”.скачать dle 11.3
Mojo.az Banner