Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pediatr valideynlərə xəbərdarlıq etdi

03.10.2018 11:41 4 448
Pediatr valideynlərə xəbərdarlıq etdi
Havalar soyuduqca virusa yoluxmaların sayı artacaq.

Bunu oxu.az-a açıqlamasında pediatr Vaqif Qarayev bildirib.

Onun sözlərinə görə, uşaqların xəstələnməsin ciddi virusla bağlı deyil:

“Uşaqlarda olan baş, qulaq ağrılarının səbəbi müalicə almamaqdır. Onlara keçən ilk infeksiyalar ağırlaşma verir. Həmin vaxt müalicə almalıdırlar”.

Vaqif Qarayev bildirib ki, xəstə uşaqlar məktəbə getməməlidir:

“Çünki həm özləri gec sağalacaq, həm də digər uşaqların virusa yoluxmasına səbəb olacaqlar. Anaların bir arqumenti var ki, uşaq evdə qalanda işə gedə bilmirlər. Lakin bu fikri ciddi hesab etmirəm. Xəstəlik vərəqi deyilən bir şey var. Sahə həkimləri tərəfindən analar üçün xəstəlik vərəqi yazılır. Anaları da günahlandırmaq çətindir. Çünki iş yerləri onların evdə olduqları günə görə ödəniş etmirlər”.

Pediatr havaların soyuması və virusa yoluxmalarla bağlı məsləhət də verib:

“Bir azdan havalar soyuduqda soyuqdəymə və ciddi virusa yoluxmalarının sayı artacaq. Həmin şəxslər avtobus, metro və ictimai yerlərdə bir dəfə asqıran zaman onlarla insanı həmin virusa yoluxdurur. Yəni, ciddi tələbat yoxdursa, evdən çölə çıxmaq olmaz”.

Vaqif Qarayev bağçadakı vəziyyətlə bağlı da danışıb:

“Xüsusən bağçalarda xəstə uşaqları qəbul etməməlidirlər. Epidemioloji vəziyyətdən asılı olaraq, yəni soyuqdəymə halları çoxalırsa, səhərlər hər uşaq yoxlanılandan sonra qrupa buraxılmalıdır. Xəstə uşaq evə qaytarılmalıdır. Uşaqların təhlükəsizliyinə tam nəzarət edilməlidir. Məktəblərdə sinif rəhbərinin üzərinə eyni məsuliyyət düşür”.

Təhsil eksperti Elçin Sadıqov bildirib ki, xarici ölkələrdə uşaqlar xəstə olanda məktəbə getməsinə icazə verilmir:

“Avropada, Amerikada xəstə olan birisinin məktəbə gəlməsi arzuolunan deyil, çünki ətrafdakılar ona görə şikayət edə bilərlər. Azərbaycanda isə məsələ başqa cürdür.

Məktəbdəki həkimlər görəndə ki, uşaq halsızdır, hər hansı bir xəstəliyi var, onları özləri evə göndərməlidirlər. Şagirdlərin isə evdə qalıb müalicə almağa haqları var. Yəni, xəstə olduqları zaman dərsə gəlməmələri müəyyən qədər gözardı edilə bilər”.

Son xəbərlər