Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə pandemiya ilə bağlı TÖVSİYƏ

09.01.2021 22:54 2 682
Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə pandemiya ilə bağlı TÖVSİYƏ
Uşaqlar hazırda pandemiya ilə əlaqədar olaraq bağça və məktəbə gedə bilmirlər. Dərslər onlayn keçirilir. Uşaqlar günün çox hissəsini evdə keçirmək məcburiyyətində qalırlar. Məktəbdə, bağçada olan uşaqların bir-biri ilə sosial ortamı olurdu, həm fiziki, həm mənəvi olaraq dostları ilə oynayır, fikir bölüşür, yəni enerjilərini ata bilirdilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq-reanimatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova bildirib.

Həkim deyib ki, indi isə uşaqlar günün çox hissəsini kompüter qarşısında onlayn dərslər, ev tapşırıqları, uşaq oyunları ilə keçirirlər və enerjilərini ata bilmirlər. Bir sözlə, gün ərzində yığılan enerjini xərcləyə bilmirlər və nəticədə uşaqlarda az hərəkətlilik formalaşır: "Digər tərəfdən də evdə valideynlər pandemiya dövrüdür, uşaq yaxşı qidalansın, xəstələnməsin mövqeyindən çıxış edir və uşaqlarını həmişəkindən daha da artıq qidalandırmağa çalışaraq əlavə karbohidrat yükləyirlər.

Uşaqlar isə özləri şirniyyat, fast-food yeməklərə daha çox üstünlük verirlər. Beləliklə bütün bunlar uşaqlarda kökəlmə-çəki artımı şəklində özünü göstərir.

Eyni zamanda uşaqlar lazımi qədər havaya çıxarılmır, nəticədə ev şəraitində dar və az havalı otaqlarda qalma D vitamini əksikliyinə səbəb ola bilir. Bəzi valiyenlər "qış fəslidir, uşaq havaya normal çıxmır", deyib özlərindən uşağında D vitamini əksikliyi olmaması üçün müəyyən D vitaminləri alıb verirlər. Amma D vitamininin təyini mütləq həkim tərəfindən olmalıdır. Bunun üçün D vitamini səviyyəsi qanda ölçülüb nəticəyə əsasən lazımi korreksiya (müalicə və ya profilaktika) aparılmalıdır.

Valideynlərdən xahişimiz və gözləntimiz budur ki, müvəqqqəti pandemiya dövründə balalarımıza qarşı daha diqqətli olsunlar. Qidalanmada bol meyvə-tərəvəz, ət məhsulları, bol maye qəbuluna üstünlük versinlər. Hər gün balalarımızı açıq havaya insanlar az olan yerlərə - parklara aparsınlar və sağlamlıq durumunun kontrolu üçün mütəmadi həkim nəzarətində olsunlar. Balalarımız xəstələnməsin, sağlam böyüsün".

Son xəbərlər