Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlar arasında xəstəlik yayılıb? - AÇIQLAMA

23.09.2019 19:20 1 394
Uşaqlar arasında xəstəlik yayılıb? - AÇIQLAMA
Son vaxtlar uşaqlar arasında soyuqdəymə halları artıb. Azyaşlı uşaqlarda, xüsusilə bağça və məktəb yaşlılar arasında burun axması, asqırma, qusma, ishalla müşahidə edilən yüngül xəstəlik valideynləri narahat edir.

Bu qripin yeni növüdür, yoxsa fəsillə əlaqədar immun zəifliyi?

Məsələ ilə bağlı Oxu.Az-a pediatr Vaqif Qarayev açıqlama verib:

“Qrip olduqca ciddi xəstəlikdir. Amma bu qrip simptomları kimi qiymətləndirilmir. Kəskin respirator xəstəliklərdir. Mövsümlə əlaqədar hava şəraiti dəyişkən keçir. Valideynlər uşaqları nazik geyindirir, bu səbəbdən də soyuqdəymə müşahidə edilir. Bu gün azyaşlı uşaqların immun sistemi zəif olduğu üçün bu xəstəliklərə daha tez yoluxurlar”.

V.Qarayev uşaqlar arasında qusma və ishalla müşahidə edilən yoluxucu virusların olduğunu da qeyd edib:

“Bu viruslardan mədə-bağırsaq sisteminə təsir edən “koksaki” virusu daha çox yayılıb. Amma epidemiya səviyyəsində deyil. Körpə uşaqlarda müşahidə edilərsə, hökmən müalicəyə ehtiyac var. Orqanizm çox su itirdiyi üçün uşaqlarda halsızlıq yarada bilər. Panika doğuracaq səviyyədə olmasa da, valideynlərə tövsiyə edərdim ki, uşaqları qorusunlar.

Əksər hallarda bağçaya, məktəbə gedən uşaqlar bu xəstəliyə hava damcı yolu ilə yoluxur. Onların immun sistemi zəif olduğundan uşaq kollektivlərində yoluxma tez-tez və asan olur. Bu özünü bəzən dəridə yüngül səpki formasında da büruzə verə bilir. Yaxşı olardı ki, immun sisteminin gücləndirilməsi üçün uşaqların qida rasionuna, eləcə də geyimlərinə diqqət edilsin”.скачать dle 11.3

Son xəbərlər