Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu uşaqlar bağçaya, məktəbə buraxılmamalıdır - Pediatr

05.10.2021 22:11 885
Bu uşaqlar bağçaya, məktəbə buraxılmamalıdır - Pediatr
Son günlər uşaqlar arasında qripəbənzər əlamətlərlə müşahidə olunan virus xəstəlikləri geniş yayılıb.

Yoluxan uşaqlar sürətlə digərlərini və bəzən böyükləri də yoluxdurur. Bəs görəsən valideynlər nə etməlidir? Uşaqların müalicəsi hansı qaydada aparılmalıdır?
Median.Az redaktor.az-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları həkim-pediatr Aytən İsmayılzadə cavablandırıb. O bildirib ki, mövsümlə əlaqədar olaraq uşaqlar arasında kəskin respirator xəstəliklərinə yoluanların sayında ciddi artım var:

" Payız aylarında həmişə virus xəstəliklərinə yoluxanların sayında artım olur. Bununla belə uşaqlar arasında koronavirusa yoluxma hallarının da sayı artıb. Virus xəstəlikləri artıq bir aydan çoxdur ki, davam edir. Ağırlaşma halları hələlik yox səviyyəsindədir. Bəzən xəstə uşaqlara dərhal antibiotik təyin edilir. Bu düzgün deyil. Qan analizi lazım olduqda üç-beş gündən sonra verilə bilər. Bəzi hallarda vəziyyətə uyğun olaraq xəstəxanaya yerləşdirilmələr olur. Əksər hallarda uşaqlar ev şəraitində müalicə alır".

Həkim bildirib ki, virusa yoluxan uşaqlar kollektivə buraxılmamalıdır: "Düzdür yoluxma halları hələ məktəb açılmazdan əvvəl var idi. Lakin xəstə uşaqların məktəbə, bağçaya getməsi ciddi təhlükədir. Çünki ətrafındakı uşaqlar da qısa müddətdə yoluxur. Xəstə uşaq ən azı bir həftə dərsə getməməlidir".скачать dle 11.3
Mojo.az Banner