Mojo.az Banner
23:01 Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası  |     22:55 Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı  |     22:47 Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi  |     22:38 Bayramda ən çox alınan güllər - QİYMƏTLƏR  |     22:35 Azərbaycanda tanınmış hakim qəfil vəfat etdi  |     22:18 İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı  |     22:11 Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib  |     21:59 SON DƏQİQƏ: SEPAH Azərbaycanda bəzi strateji obyektləri PARTLATMAQ İSTƏYİB - GÖRÜNTÜLƏR - Video  |     21:46 Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı  |     21:40 Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub  |     21:35 Məşhur şirniyyat sexi bağlandı  |     21:28 İsrailə hücum: nazir oğlu da yaralandı  |     21:20 Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq  |     21:06 İtaliya İranın Naxçıvana dron hücumlarından narahatlığını ifadə edib  |     20:58 Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI  |     20:50 Ramazanın on yeddinci gününün - imsak, iftar vaxtı və duası  |     20:43 KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib  |     20:37 Şəkidə 3200 abonent qazsız qalıb  |     20:33 Alen Berse: "İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir"  |     20:31 Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb  |    
Left Banner
Right Banner

Bakıda və regionlarda oğurluğa görə 11 nəfər saxlanılıb

15.08.2018 17:51 5 030
Bakıda və regionlarda oğurluğa görə 11 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, avqustun 14-də Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini S.Bayramova məxsus mağazadan məişət əşyaları oğurlanıb. Cinayəti törədən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Fərəcov Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ 10-cu polis bölməsinə təhvil verilib.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri tədbirlərlə avqustun 10-da Bakı şəhər sakini Z.Hacıyevin, içərisində pul, sənəd və geyim əşyaları olan çantasını oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Mahmudovu saxlayıblar.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi RPİ 19-cu polis şöbəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində bu il mayın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birindən 50 manat, tütün məmulatı və sərinləşdirici içki oğurlayan Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş Tuqay Purdari saxlanılıb. Araşdırma zamanı onun, avqustun 7-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Əzimovla birgə Abşeron rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib. Görülmüş əlavə tədbirlərlə R.Əzimov saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat və 1000 manat dəyərində qızıl əşyalar oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi, Səbail RPİ 9-cu polis bölməsi və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 19-dan avqustun 11-dək olan müddətdə, bu rayonların ərazisində 9 evin həyətyanı sahələrindən su nasosları oğurlayan Şirvan şəhər sakini Pərviz Səfərov saxlanılıb.

Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlayan və 2 nəfərə qarşı dələduzluq edən paytaxt sakini Qorxmaz Eyvazovu saxlayıblar.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də rayon sakini B.Vəliyevin bankomat kartından 860 manat oğurlayan Bərdə rayon sakini Füzuli Hüseynov saxlanılıb.

Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən iyunun 30-dan avqustun 1-dək olan müddətdə Baş Zəyzid kəndi ərazisindəki 3 evin həyətyanı sahələrindən 17 ev quşu oğurlayan kənd sakinləri Anar Mustafayev, Vüsal Məmmədov və Asim Abdullayev saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner