Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda və regionlarda oğurluğa görə 9 nəfər saxlanılıb

04.08.2018 14:10 5 351
Bakıda və regionlarda oğurluğa görə 9 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini N.Əliyevanın hesabından, N.Mirzəyevin cibindən və iki evdən pul, bir həyətdən 62 ev quşu, üç avtomobildən akkumulyator, bir kafedən paltartikən və ətçəkən maşın oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Allahverdiyevi saxlayıblar.

Bundan başqa, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları avqustun 1-də Lökbatan qəsəbəsində vətəndaş Ü.Şahvələdovun “Nissan” markalı avtomobilindən mobil telefon oğurlayan Bakı şəhər sakini Ruslan Əhmədov saxlanılıb, Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 28-də Bakı şəhər sakini A.Bayramovun cibindən 1800 manat oğurlayan paytaxt sakini Elmar Qurbanzadəni saxlayıblar, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları tərəfindən sinema klubdan 372 manat və üç ədəd mobil telefon oğurlayan Şəmkir rayon sakini Sərdar Pənahov saxlanılıb, Sumqayıt ŞPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.İmanovanın həyətindən
2 ədəd velosiped oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Şərifovu saxlayıblar, Abşeron RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 2-də P.Abbasovun “Olinq” markalı avtomobilindən 765 manat pul və sənəd oğurlayan Novxanı qəsəbə sakini Rüstəm Səlimovu saxlayıblar, Balakən RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində, avqustun 1-də rayon ərazisindəki evlərin birindən 15.000 manat dəyərində qızıl əşyaları oğurlayan Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Bürcalıyev saxlanılıb. Onun daha iki evdən ümumilikdə 800 manat və qızıl əşyaları oğurlaması müəyyən edilib. Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən X.Rəhimovun həyətyanı sahəsindən 6 baş inək oğurlayan rayon sakini Emin Rəhimov saxlanılıb, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən iyulun 31-də rayon ərazisindəki mağazadan pul və tütün məmulatı oğurlayan şəhər sakini Sənan Həsənzadə saxlanılıb. Onun avqustun 2-də daha bir evdən 586 manat və sənəd oğurlaması məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər