Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisi oğurluğa görə 6 nəfəri saxlayıb

09.07.2018 18:16 5 056
Bakı polisi oğurluğa görə 6 nəfəri saxlayıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi və Yevlax RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də vətəndaş M.Tuayevanın, içərisində 700 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olan pul qabısını oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynovu saxlayıblar.

Bundan əlavə, Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları mayın 25-də rayon ərazisindəki mağazadan 678 manat və mobil telefon oğurlayan Bakı şəhər sakini olan yeniyetməni saxlayıblar, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları rayon ərazisindəki mənzillərdən birindən rəsm əsəri oğurlayan Ucar rayon sakini əsən Hacıyevi saxlayıblar, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini B.Məmmədova məxsus "Mercedes" markalı avtomobildən 2 ədəd təkəri oğurlayan paytaxt sakini Emin Mirzəyevi saxlayıblar, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları istintaq-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ramin İsgəndərovu saxlayıblar. Məlum olub ki, o ötən il avqustun 19-da qanunsuz evə daxil olaraq, oradan 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və 2 ədəd bank kartını oğurlayıb, Qaradağ RPİ-nin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində, mağazaların birindən 974 manat və 7100 dollar oğurlayan Bakı şəhər sakini Zabil Səmədovu saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər