Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Bakı və regionlarda oğurluğa görə 7 nəfər saxlanılıb

20.08.2018 18:41 4 174
Bakı və regionlarda oğurluğa görə 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 dollar, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmovu saxlayıblar.

Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində, avqustun 17-də rayon ərazisindəki evlərin birindən televizor oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Rəşidzadə saxlanılıb, avqustun 18-də Lökbatan qəsəbəsi ərazisində Bərdə rayon sakini A.Abduləzimova məxsus “Mercedes” markalı avtomobildən mobil telefon oğurlayan yeniyetmə Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ 10-cu polis bölməsinə təhvil verilib, Hacıqabul RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri nəticəsində, avqustun 19-na keçən gecə şəhərin A.Abdullayev küçəsində 20 ədəd kanalizasiya quyusunun qapağını oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Fəxrəddin Məmmədov və Rahil İslamovu saxlayıblar, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 11-də Yeni Həyat kəndindəki evlərin birindən 2250 manat pul oğurlayan kənd sakinləri Alim Balabəyov və Marat Əlirzayev saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər