Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı və Sumqayıtda oğurluğa görə 9 nəfər saxlanılıb

24.10.2018 18:59 6 317
Bakı və Sumqayıtda oğurluğa görə 9 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 23-də Sulutəpə qəsəbəsində, evlərin birindən 500 manat və televizor oğurlayan ev sahibinin kürəkəni, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Qəmbərov saxlanılıb.

Bundan başqa, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 3-də rayon ərazisindəki evdən 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Dəmirov və Salyan rayon sakini Ramin Məmmədov saxlanılıblar.

Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 22-də paytaxt sakini olan bir qadının, içərisində 400 manat olan çantansını oğurlayan Gəncə şəhər sakini V.Əsgərova saxlanılıb.

Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində, şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun “Mercedes” markalı, R.Şahverdiyevin isə “KİA” markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə Sumqayıt ŞPİ 1-ci polis bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.

Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin sentyabr ayı ərzində şəhər ərazisindəki 3 evdən 200 metr elektrik naqili və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb, Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 evdən və 1 mağazadan pul, kombi aparatı, elektrik naqili və danışıq kartları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Abbasov saxlanılıb, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il martın 1-dən mayın 10-dək olan müddətdə, şəhər ərazisindəki gözəllik salonlarının birindən 100 manat və 1 avtomobildən geyim əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhlul Cəbiyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner