Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə oğurluğa görə 5 nəfər saxlanılıb

05.03.2019 12:41 3 645
Gəncədə oğurluğa görə 5 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də, şəhər ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Lətifov saxlanılıb.

Bundan başqa, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir avtomobildən 550 manat dəyərində ərzaq və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini R.Mirzəyev saxlanılıb.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazanın anbarından, avtomobil üçün ehtiyat hissələri oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il aprelin 16-dan bu il fevralın 12-dək olan müddətdə
rayon ərazisindəki bir qarajdan su mühərriki, beş evdən məişət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon sakini olan qadının 175 manat pulunu, bir həyətyanı sahədən
su mühərriki, iki avtomobildən akkumulyator və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini X.Mirzəyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər