Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakı sakini qardaşı qızını maşınla vuraraq öldürüb

25.06.2018 13:43 1 924
Bakı sakini qardaşı qızını maşınla vuraraq öldürüb
Bakı sakini bir yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də, saat 12:00 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - bir yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər