Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaqatalada evlər sel suları altında qaldı – Video

12.05.2018 18:50 3 232
Zaqatalada evlər sel suları altında qaldı – Video
Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın temperaturu 13 dərəcə aşağı düşüb.

Median.Az
“ARB Şəki”yə istinadən xəbər verir ki, İsmayıllıdan sonra Zaqatalada da güclü yağışlar selə səbəb olub, bir sıra fəsadlar törədib.

Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində Yolayrıc, Höytala, Böhtala kəndlərində həyatyanı sahələri su basıb. Böhtala və Höytala kəndlərini birləşdirən, ötən əsrin 80-cı illərində inşa edilən dəmir konstruksiyalı körpünün bir hissəsi uçub.

Kənd sakinlərinin sözlərinə görə, 50-dən çox evi su basıb. Qoyun, toyuq hamısı məhv olub.

Külək və yağış nəticəsində ağac budaqları və elektrik naqilləri də qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gecə saatlarından başlayaraq Zaqatala rayon FHN Komissiyasının üzvləri və Müvafiq qurumlar gücləndirilmiş iş rejimində leysan yağışlarının və sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.скачать dle 11.3
Mojo.az Banner