Mojo.az — elanlar
Son Xəbərlər
18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda nə baş verir? - Buranı da satmaq olarmış - FOTOLAR

30.04.2018 12:00 3 566
Bakıda nə baş verir? - Buranı da satmaq olarmış - FOTOLAR
Bir müddət öncə Bakının Qara Qarayev prospektində şam ağaclarının daha bir hissəsi qırılanda rəsmi şəkildə açıqlama verilərək, burada böyük avtobus dayanacağının tikildiyi bildirilmişdi. Elə buna görə də həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri yaşıllığın qırılmasına necə deyərlər, bir qədər səbirlə yanaşdılar. Həqiqətən də vaxt keçdi və burada böyük bir avtobus dayanacağı inşa olundu.

Median.Az
xəbər verir ki, Qara Qarayev prospektində inşa olunan həmin böyük dayanacağı Bakı Nəqliyyat Agentliyi "8-ci kilometr bazarı"nın yaxınlığındakı dayanacaq cibi adlandırırdı.

Hələ 2 il öncə sözügedən dayanacaq cibi inşa olunarkən Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq bunları bildirmişdi: "BNA-nın xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, Bakı Nəqliyyat Agentliyinin, "Azəravtoyol" ASC-nin və Nizami Rayon İcra Hakimiyyətinin birgə işi nəticəsində daha iki ərazidə - Qara Qarayev prospekti (8-ci km bazarından metronun "Neftçilər" stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində ("Dakar" meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb. Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək".

Həqiqətən, ərazidə inşa olunmuş dayanacaq cibi "8-ci kilometr" bazarının qarşısındakı sıxlığın aradan qaldırılmasında xeyli rol oynamışdı.

Bakı Nəqliyyat Agentliyi ayrı-ayrı vaxtlarda həmin ərazidə monitorinq də keçirmişdi.

Monitorinqlərin birində BNA-nın baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak etmişdilər.

Və nəhayət... Sosial şəbəkələrdə Qara Qarayev prospektindəki dayanacağın bir neçə müddətdir hasarlandığı bildirilib.

Qeyd olunub ki, sözügedən ərazidə ticarət mərkəzi inşa olunur. Bəzi sosial şəbəkə istifadəçiləri isə ticarət mərkəzinin tikintisinin artıq yekunlaşmaqda olduğunu bildiriblər.

"Transport for Baku" adlı səhifə isə baş verənlərin "hekayə"sini belə açıqlayıb: "Qara Qarayev prospektinin təmiri zamanı orada böyük böyük bir avtobus dayanacağı təşkil edilib. Dünyanın ən yaxşı dayanacağı olmasa da, oradan çoxsaylı avtobus marşrutları keçirdi (təsəvvür edin, bu dayanacaqdan 25 marşrut keçirdi) və kifayət qədər çoxlu yer tələb edirdi. Hesab edin ki, bura kiçik "hab"dır və şəhər nəqliyyatı baxımından çox vacib yerdir. Amma günlərin birində dayanacağın ərazisi hasarlanır və orada ticarət obyekti tikilir. Yerli icra hakimiyyətin bu kimi razılığı verən məmurlarına ziyanvericiliyə və barbarlığa görə medal düşür. Əhsən, sizə bir tuş: "Bakı əziz şəhər, mehriban diyar...."

Bu gün iş günü olmadığından Yeniavaz.com olaraq məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi mövqeyini öyrənə bilmədik. Həftənin ilk iş günündə yaşıllıqların qırılaraq yerində salınmış böyük bir dayanacağın ticarət mərkəzinə necə çevrilməsinə aydınlıq gətirməyə çalışacağıq.

Sonda vaxtilə ərazidə çəkilmiş fotoları təqdim edirik.




Son xəbərlər