Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda zəncirvari qəza: Üç maşın və avtobus bir-birinə çırpıldı - YENİLƏNİB + VİDEO

14.07.2021 13:42 1 614
Bakıda zəncirvari qəza: Üç maşın və avtobus bir-birinə çırpıldı - YENİLƏNİB + VİDEO
Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən zəncirvari qəza barədə açıqlama verib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirib ki, bu gün saat 11 radələrində Qara Qarayev prospektində 166 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun da iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi qeydə alınıb:

“Hazırda qəza ilə əlaqədar tərəfimizdən də müvafiq araşdırma aparılır. Bununla əlaqədar 166 nömrəli marşrut xətti üzrə daşıyıcı “Vətən-az Trans” MMC-nin rəhbərliyi Agentliyə çağırılıb”.

 * * * * *

Bakı şəhərində zəncirvari qəza baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Qara Qarayev prospektində baş verib.

İlkin məlumata əsasən, “Toyota Prius”, “Volkswagen”, VAZ-2107 markalı avtomobillər və “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər