Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda nəqliyyatın ən sıx olduğu ərazilər açıqlandı - RƏSMİ

21.07.2020 13:57 1 321
Bakıda nəqliyyatın ən sıx olduğu ərazilər açıqlandı - RƏSMİ
Paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan ərazilər məlum olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır:

“Səhər və axşam saatlarına uyğun olaraq, sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir. Səhər saatlarında daha çox Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhər mərkəzinə sərnişin axını müşahidə ediriksə, axşam saatlarında, tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur”.

O bildirib ki, sərnişin sıxlığının aradan qaldırılması üçün ərazidə olan nəzarətçilərə məlumat verilir:

“Yaxın ərazidə ehtiyat avtobuslar saxlanılır. Hər gün ekspress marşrutlar üzrə 100 avtobus xəttə çıxarılır. Bir o qədər sayda avtobus ehtiyatda saxlanılır. Həmin ehtiyatda olan avtobuslar sərnişin daşımalarına cəlb olunur.

Ehtiyat avtobusların sərnişindaşımaya cəlb olunması özlüyündə çox çətin prosesdir. Çünki sürücü dərhal bir xətdən digər xəttə keçirilir və marşrutun sürücüyə çatdırılması üçün imkanlar məhduddur. Buna baxmayaraq, tədbirlər nəticəsində karantin rejimi zamanı sərnişin daşınmasında ciddi problem yaşanmayıb”.скачать dle 11.3
Mojo.az Banner