Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA

26.10.2020 20:08 876
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Bu dəqiqələrdə paytaxtın əksər küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.

Median.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

- Ziya Bünyadov prospekti - Çermet körpüsündən "20 Yanvar" dairəsi istiqamətində

- Abdulvahab Salamzadə küçəsi -Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Ziya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi)

- Alı Mustafayev küçəsi - "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospektinə gedən yol

- Abbasqulu ağa Bakıxanov küçəsi -Türkiyə səfirliyi istiqamətində

- Tbilisi prospekti - "20 Yanvar" dairəsi istiqamətində

- Qara Qarayev prospekti -Dakar dairəsi istiqamətində nisbətən sıxlıq

- Rəşid Behbudov küçəsi -Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər)

- Yusif Səfərov küçəsi -Heydər Əliyev prospekti istiqamətində

- Heydər Əliyev prospekti -Bağırov körpüsündən Koroğlu metrosu və şəhər istiqamətində köməkçi yol

- Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində

- Mikayıl Useynov prospekti - Azneft dairəsi istiqamətində

Avtobusların sıxlıqda gecikməməsi və hərəkət intervalının tənzimlənməsi üçün bütün zəruri tədbirlər görülür. Müvafiq küçə və prospektlərdə svetoforlara "yaşıl dalğa" əmri tətbiq edilir. Sərnişin tələbatı yüksək olan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb edilir.

Qeyd edək ki, ötən həftə ərzində marşrut xətləri üzrə gündəlik sərnişin səfər sayı 1,9-2 mln arasında dəyişib. Ümumilikdə isə xətlərə 2 100-2 200 ədəd avtobus çıxarılıb ki, bu da adi rejimlə müqayisədə 15% çoxdur.скачать dle 11.3
Mojo.az Banner