Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi

22.10.2026 18:22 360
Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi
Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Sənan Nəsirlinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İş materiallarına görə, hadisə 2026-cı ildə saat 13:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş verib.

Belə ki, Sənan Nəsirli xınayaxdı mərasimlərinin təşkili üçün zərərçəkmiş Dürdanə Kərimova (adı, soyadı şərtidir) ilə birlikdə dekor işləri gördüyündən onun evində olub. Həmin vaxt evdə heç kimin olmamasından istifadə edən şəxs qonaq otağındakı dolabın siyirməsindən zərərçəkmişə məxsus, 1 400 manat dəyərində “Rolex” markalı qol saatını götürüb.

Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını gizli şəkildə ələ keçirərək oğurluq edib.

Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan olunub.

Məhkəmə iclasında ifadə verən Sənan Nəsirli elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyib.

O deyib ki, oğurladığı saatı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən lombarda apararaq şəxsiyyət vəsiqəsini təqdim etməklə 550 manata satıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əldə etdiyi pulun 350 manatına “iPhone 12” markalı mobil telefon alıb. Daha sonra tanışları ilə birlikdə metronun “Əcəmi” stansiyasının yaxınlığında yerləşən, adını xatırlamadığı restorana gedərək yemək yeyib və içki qəbul edib. Restoranda 120 manat hesab ödəyib, qalan 80 manatı isə şəxsi ehtiyaclarına xərcləyib.

O, zərərçəkmiş şəxsin evinə maneəsiz şəkildə, mütəmadi olaraq və həmin şəxsin razılığı ilə daxil olub-çıxdığını da bildirib.

Sənan Nəsirli məhkəmədə Dürdanə Kərimova ilə barışdıqlarını, dəymiş ziyanı ödədiyini və törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirib. O, bu halların nəzərə alınmasını xahiş edərək məhkəmədən barəsində qərar qəbul olunmasını istəyib.

Son xəbərlər