Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kişi evə gec gələn arvadını döyərək məhkəməlik oldu

19.11.2025 11:50 522
Kişi evə gec gələn arvadını döyərək məhkəməlik oldu
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İmamverdi Əsədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İmamverdi Əsədovun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 2025-ci il oktyabrın 8-də, gecə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, İmamverdi Əsədov ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı, zərərçəkmiş İnarə Əsədova (adı və soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının boşanmaq niyyəti və evə gec gəlməsi olub. O, ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə etdikləri zaman arvadının üzərinə hücum edib.

Təqsirləndirilən şəxs bu zaman qəsdən əl və yumruq zərbələri ilə İnarənin sifət, baş, qol və bədənin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona bədən xəsarətləri yetirib.

Hadisədən sonra İmamverdi Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər