Mojo.az — elanlar
Son Xəbərlər
19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan əhalisinin sayı açıqlandı

16.03.2018 18:39 1 939
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu ilin fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 milyon 904 min 850 nəfərə çataraq ilin əvvəlindən 6765 nəfər artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Rəsmi məlumatda bildirlir ki, 1 fevral 2018-ci il tarixinə hər kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər təşkil edir.

Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

Bu ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib.

Həmin dövrdə doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır.

Bundan başqa, bu ilin yanvar ayında ölkədə 5284 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.

Cari ilin birinci ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4329 nikah və 1230 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 210 nəfər Azərbaycana gələn, 99 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 111 nəfər təşkil edib.

Son xəbərlər