Mojo.az Banner
14:24 "Türkiyəyə "F-35" qırıcıları veriləcək": Trampdan diqqətçəkən açıqlama  |     14:05 6 ayda neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb?  |     14:03 Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir  |     13:52 Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu  |     13:51 Azərbaycanın iqtisadi nümayəndə heyəti İordaniyaya səfər edəcək  |     13:49 DSX-dən cənub sərhədində ƏMƏLİYYAT: 78 kq narkotik ələ keçdi  |     13:10 Bu il universitetə qəbul balları artacaq? – II qrup risk altındadır  |     13:09 Sabirabadda 10 kiloqram narkotik vasitə aşkarlanıb  |     12:42 Astaraya yeni baş memar təyin edildi  |     12:13 Bakı-Tbilisi-Bakı marşrutu üzrə bir ayda daşınan sərnişinlərin SAYI AÇIQLANDI  |     12:07 Çində torpaq sürüşməsi xeyli insanın ölümünə səbəb oldu  |     11:48 Bəzi yerlərdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta PULU ÖDƏNİLƏCƏK  |     11:32 Yaxın Şərqdəki gərginlik fonunda NEFT BAHALAŞDI  |     11:25 Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı  |     11:25 Azərbaycan nefti BAHALAŞDI  |     23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |    
Left Banner
Right Banner

Ötən il dağılan ailələrin sayı – STATİSTİKA

17.01.2018 17:01 5 315
Ötən il dağılan ailələrin sayı – STATİSTİKA
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.
Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
Bundan başqa, 2017-ci ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57177 nikah və 13345 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Ötən ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.скачать dle 11.3
Mojo.az Banner