Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:42 Maşını 160-la sürəndə qəza törədibmiş - Faciəvi hadisənin detalları | 19:37 Prokuror keçmiş vəkilə ağır cəza istədi | 19:30 Sabah Bakıda yağış yağacaq | 19:25 10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb | 19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ |
Mojo.az Avto
Mojo.az Avto

Prokuror keçmiş vəkilə ağır cəza istədi

19.11.2026 19:37 33
Prokuror keçmiş vəkilə ağır cəza istədi
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə edilən sənədlərin tədqiqinə başlanılıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb. Prokuror Valeh Ələkbərov dövlət ittihamının müdafiəsi zamanı Namizəd Səfərovun 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti proses noyabrın 26-na təyin edilib.

Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
//unikal.az

Son xəbərlər