Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
Bakının Hövsan qəsəbəsində dəniz suyunun rənginin dəyişərək qəhvəyi rəng almasının səbəbi araşdırılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, araşdırma çərçivəsində sözügedən əraziyə yerində baxış keçirilib, ilkin müşahidələr zamanı suyun səthində boya maddələrinə xas rəng əlamətləri və spesifik qoxu müəyyən edilməyib.
"Suyun rəngində müşahidə olunan dəyişikliklərin mövsümi amillərin təsiri nəticəsində fitoplanktonların bioloji fəaliyyətində baş verən təbii proseslərlə əlaqədar ola biləcəyi ehtimal edilir.
Buna baxmayaraq, dəniz suyunun rənginin dəyişməsinə səbəb olan amillərin dəqiq müəyyən edilməsi, habelə mümkün çirklənmə hallarının qiymətləndirilməsi məqsədilə müvafiq ərazidən su nümunələri götürülərək laborator müayinələrin aparılması üçün xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib.
Laborator müayinələrin nəticələri əldə olunduqdan və təhlil edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.
* * * * *
Bakının Hövsan qəsəbəsində dəniz suyunun rəngi dəyişərək qəhvəyi rəng alıb. Sahildə müşahidə olunan bu mənzərə ərazidə yaşayan sakinlərin diqqətini çəkib.
Median.Az "Bizim.media"ya istinadən xəbər verir ki, görüntülərdə əsas narahatlıq doğuran məqam dəniz suyunun acınacaqlı şəkildə çirklənməsidir.
Qeyd edək ki, Xəzərin Hövsan sahilində xeyli müddətdir boruların çəkilməsi və sualtı işlər aparılır.
İddialara görə, boruların yeni rəngə boyanmasından və daha sonra suyun altına buraxılmasından sonra dənizin rəngində belə dəyişiklik müşahidə edilib. Ehtimal ki, istifadə olunan boya və ya digər materiallar suya qarışaraq bu mənzərəyə səbəb olub.
Əgər suyun rənginin dəyişməsi həqiqətən də aparılan işlərlə bağlıdırsa, bu, ciddi ekoloji narahatlıq doğurur.
Çünki dənizə boya və digər kimyəvi maddələrin qarışması təkcə suyun görünüşünə deyil, dəniz canlılarına və bütövlükdə ekosistemə də mənfi təsir göstərə bilər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehtiyev dənizin çirklənməsi ilə bağlı məsələnin araşdırılması üçün əraziyə əməkdaşların göndərildiyini bildirib.