Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi |
Mojo.az Avto
Mojo.az Avto

ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı

19.11.2026 16:00 153
ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı
Külli miqdarda “Alpen Gold” şokoladı ilə “Oreo” peçenyesini oğurlayaraq satan şəxs tutulub.

37 yaşlı Ayxan Vəliyev (Ad və soyad şərtidir) Gürcüstandan Özbəkistana aparılmalı olan 15 tondan çox “Alpen Gold” şokoladı və 4 tondan artıq “Oreo” peçenyesini ələ keçirərək şirkətə 184 min 843 manat dəyərində zərər vurub.

Faktla bağlı cinayət işi başlanıb və Ayxan Vəliyev saxlanılıb.

Məhkəmədə müəyyən olunub ki, yük əvvəlcə Azərbaycana gətirilib. Lakin Ayxan yük maşınının marşrutunu dəyişdirərək məhsulları Samur gömrük postundan Rusiyaya keçirib. Şokolad və peçenyelər Dağıstanın Mahaçqala şəhərində satılıb.

Ayxanın sözlərinə görə, məhsullar Rusiyada 50 min dollara satılıb. Əldə olunan pulun bir hissəsi yük maşınlarının alınmasına xərclənib.

Zərərçəkmiş şirkətin nümayəndəsi Məmməd İsrafilov (ad və soyad şərtidir) isə məhkəmədə bildirib ki, şirkətə 184 min manatdan çox ziyan dəyib və həmin məbləğdən heç nə ödənilməyib.

Araşdırma zamanı yükün guya Qazaxıstana göndərildiyini göstərən həqiqətə uyğun olmayan sənədin də təqdim edildiyi müəyyənləşib.

Məhkəminin qərarı ilə A.Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
//lent.az

Son xəbərlər